İdman

Ehtiyatda olan Xüsusi Təyinatlı Dünya kubokunu qazandı — FOTOLAR (VİDEO)

Ehtiyatda olan Xüsusi Təyinatlı Dünya kubokunu qazandı — FOTOLAR (VİDEO)

Dekabrın 6-7-si tarixlərindəGürcüstanın Kutaisi şəhərində “Alpaqut Turan” döyüş sənəti üzrə Dünya kuboku keçirilib. Ulusal.az xəbər verir ki, bu yarışda ölkəmizi“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin üzvü, ehtiyyatda olan Xüsusi Təyinatlı mənsubu Abdulla İsmayılov təmsil edib. Abdulla İsmayılovbütün rəqiblərini məğlub edərək Dünya kubokuna sahib olub.

Xatırladaq ki, Abdulla İsmayılov 44 günlük Vətən Müharibəsinin və 19 sentyabrt 2023-cü il keçirilən antiterror əməliyyatının iştirakçısıdır.

Abdulla İsmayılov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” , “Vətən Müharibəsi iştarkçısı” medalı ilə təltif edilib.

Ehtiyatda olan Xüsusi Təyinatlı Dünya kubokunu qazandı — FOTOLAR (VİDEO)

Ehtiyatda olan Xüsusi Təyinatlı Dünya kubokunu qazandı — FOTOLAR (VİDEO)

NE
Nihadə Eyyubova