Hadisə

2 yaşlı uşaq faciəvi şəkildə öldü

2 yaşlı uşaq faciəvi şəkildə öldü

Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib.

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

Azyaşlı xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (Qafqazinfo)

NE
Nihadə Eyyubova