Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Demokrat.azxəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə "Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək. Günün digər oyunu "Sumqayıt"la "Neftçi" arasında baş tutacaq.
Turun əvvəlki görüşlərində "Səbail" "Araz-Naxçıvan"a uduzub (0:2), "Sabah" - "Qarabağ" matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa 16-cı tur
8 dekabr 16:00. "Kəpəz" - "Zirə" Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev. Tovuz şəhər stadionu.
18:00. "Sumqayıt" - "Neftçi" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


