İdman

Bu gün 2 oyun keçiriləcək

Bu gün 2 oyun keçiriləcək

Bu gün "Qarabağ" komandası Misli Premyer Liqasının XVI turunda "Sabah"la üz-üzə gələcək.

Demokrat.az-ın məlumatına görə, matç “Bank Respublika Arena”da təşkil ediləcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu matç saat 15:00-da başlayacaq. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. “Səbail” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: İnqilab Məmmədov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Erkin Hüseynov. “ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

NE
Nihadə Eyyubova