Belçikanın Vallon bölgəsindəki yüzlərlə fermer ölkənin əsas yollarında etiraz aksiyaları təşkil etməyə başlayıb.
Demokrat.az xəbər verir ki yolları traktorları ilə bağlayan fermerlər, trafik axınına maneə olub.
Aİ-nin 1999-cu ildən MERCOSUR ilə apardığı azad ticarət sazişi danışıqlarının bu ay başa çatması gözlənilir.
Sazişin Aİ-nin MERCOSUR ölkələrindən kənd təsərrüfatı məhsulları və ət idxalına yol açacağı gözlənilir. Aİ fermerləri haqsız rəqabət səbəbilə rayondan ucuz ət idxalına qarşı çıxırlar.
Əfsanə Kamal Demokrat.az


