Sosial

Sərnişinlər "28 May"da qatardan düşürüldü — Metroda nə baş verir?

Sərnişinlər 28 Mayda qatardan düşürüldü — Metroda nə baş verir?

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Metropolitendən Demokrat.az-a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.

NE
Nihadə Eyyubova