İdman

Avropa çempionatında sonuncu oyununa çıxan Azərbaycan millisi məğlub oldu — YENİLƏNİB

Avropa çempionatında sonuncu oyununa çıxan Azərbaycan millisi məğlub oldu — YENİLƏNİB

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Demokrat.azxəbər verir ki, seçmə komandamız Kiprə 3:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi bundan öncə İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə uduzmuşdu.

***11:08

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.

Kiprin Pafos şəhərindəki "Peyia Municipal” stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub. (Report)

NE
Nihadə Eyyubova