Bu gün Misli Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Demokrat.azxəbər verir ki, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.
Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Misli Premyer Liqası II dövrə, XV tur 1 dekabr 19:00. “Neftçi” – “Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev. VAR: Kamal Umudlu. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Asim Xudiyev. "Neftçi Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib. (Report)


