Rusiya prezidenti Vladimir Putin tərkibindəmayeləşdirilmiş karbohidrogenlər olan məişət cihazlarının uşaqlara satışını qadağan edən qanunu imzalayıb.
Müvafiq qanunu əks etdirən sənəd hüquqi informasiya portalında dərc olunub.
Qanunun mətnindəqeyd olunur ki, hökumət yetkinlik yaşına çatmayanlara satışı qadağan edilən qaz tərkibli məhsulların siyahısını müəyyən etməlidir. Bundanəlavə, sənəd uşaqlar arasında beləməhsullardan istifadəni təşviq edən məlumatların yayılmasını da qadağan edir.
Oktyabr ayında bir qrup deputat uşaqlara alışqan, onları doldurmaq üçün olan (qaz dolu) balonlar vədigər qaz tərkibli məişətəşyalarının satışına qadağa qoyulmasını təklif etmişdi.
Qeyd olunur ki, buəşyalar çox vaxt təhlükəli oyunlar vətoksikomaniya üçün istifadəolunur.(APA)


