Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.
Demokrat.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. Tovuzda autsayder “Kəpəz” uğurlu mövsüm keçirən “Araz-Naxçıvan”ı qəbul edəcək. İkinci pillədə qərarlaşan və 13 oyundur məğlub olmayan Naxçıvan təmsilçisi uğurlu seriyasını davam etdirməyə çalışacaq..
Turun digər görüşləri növbəti 2 günə təyin edilib. “Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” matçları isə bazar günü baş tutacaq.
Azərbaycan Premyer Liqası, 14-cü tur 22 noyabr
17:00 “Kəpəz” – “Araz-Naxçıvan” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov. Tovuz şəhər stadionu.
23 noyabr (şənbə) 17:00 “Səbail” – “Qarabağ” Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov “ASCO Arena”.
19:00 “Neftçi” – “Zirə” Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev “Neftçi Arena”.
24 noyabr (bazar) 17:00 “Turan Tovuz” – “ Sabah” Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov Tovuz şəhər stadionu.
19:00 “Sumqayıt”– “Şamaxı” Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


