İdman

Fatih Terim "Qarabağ"ı ziyarət etdi — VİDEO

Fatih Terim Qarabağı ziyarət etdi — VİDEO

"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov Ağdam klubunun bazasını ziyarət edib.

Demokrat.azklubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqlar əvvəlcə komandanın məşqini izləyib və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Sonra "Qarabağ"ın baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda "Qarabağ" adından xüsusi hədiyyə təqdim edilib.

D
demokrat.az