İdman

Millimiz Estoniyaya qarşı

Millimiz Estoniyaya qarşı

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estoniya isə 3 xalla üçüncüdür.

Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Millətlər Liqası C liqası, V tur 16 noyabr

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya)

Qəbələ şəhər stadionu

NE
Nihadə Eyyubova