Dünya

İranda zəvvarları daşıyan avtobus aşıb: Çoxlu sayda ölən və yaralanan var

İranda zəvvarları daşıyan avtobus aşıb: Çoxlu sayda ölən və yaralanan var

İranın Kürdüstan əyalətinin Qorve şəhərində Kərbəla ziyarətinə gedən zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Bu barədə Demokrat.az Oxu.az-a istinadən xəbər verir.

Məlumata görə, Zəncan istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində dörd nəfər ölüb, 42 nəfər yaralanıb. Qəzanın əsas səbəbinin yüksək sürət olduğu bildirilib.

NE
Nihadə Eyyubova