İdman

“Kəpəz” “Səbail”, “Sumqayıt” “Sabah”a qarşı

“Kəpəz” “Səbail”, “Sumqayıt” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasının XII tura yekun vurulacaq.

Demokrat.azxəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə “Kəpəz” “Səbail”i qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Günün son qarşılaşmasında “Sumqayıt” evdə “Sabah”la qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək.

Azərbaycan Premyer Liqası, XII tur

3 noyabr 16:00. “Kəpəz” – “Səbail” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev. Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Sabah” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov. Mehdi Hüseynzadə adına stadion

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Araz-Naxçıvan”a uduzub - 0:1. “Turan-Tovuz” – “Qarabağ” matçında qol vurulmayıb. “Zirə” isə səfərdə “Şamaxı”nı məğlub edib - 2:0.

D
demokrat.az