Futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
Demokrat.az xəbər verir ki, 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.
“Şamaxı” “Şəmkir”ə, “Mingəçevir” “Zaqatala”ya, “Qaradağ Lökbatan” “Karvan”a, “Difai” isə “Şəfa”ya qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, mərhələnin 18 və 29 oktyabr tarixlərində oynanılan görüşlərindən sonra “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan” və “Kəpəz” 1/8 finala adlayıb.
30 oktyabr (çərşənbə)
14:00. “Şamaxı” – “Şəmkir” - 6:1 Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala” - 1:0 Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan” - 3:0 Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev Lökbatan OİK stadionu
15:00. “Şəfa” – “Difai” - 2:3 Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev “ASK Arena”


