İdman

La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi

La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.

Demokrat.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik ən yaxşı adına layiq görülüb.

Almaniyalı mütəxəssis səsvermədə Karlo Ançelotti ("Real") və İmanol Alquasili ("Real Sosyedad") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" La Liqada oktyabr ayında "Alaves" (3:0), "Sevilya" (5:1) və "Real"ı (4:0) məğlub edib.

NE
Nihadə Eyyubova