Hadisə

Bakıda qadını avtomobil vurdu

Bakıda qadını avtomobil vurdu

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

1989-cu il təvəllüdlü Lilxanova Olqa Viktorovna yolun əks tərəfinə keçərkən onu minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

NE
Nihadə Eyyubova