İdman

"Qarabağ"ın rəqibi uduzdu

Qarabağın rəqibi uduzdu

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Elfsborq” İsveç çempionatında 27-ci tur oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, komanda bu turda evdə "Hekken"lə qarşılaşıb. Oyunda "Hekken" qalib gəlib - 1:3.

Hazırda "Elfsborq"un aktivində 41 xal var. Komanda bu nəticə ilə turnir cədvəlində 7-cidir.

Qeyd edək ki, "Qarabağ"la "Elfsborq" arasında 6-cı tur oyunu dekabrın 13-də İsveçdə keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.

NE
Nihadə Eyyubova