İdman

UEFA "Neftçi"ni 40 min avro cərimələdi

UEFA Neftçini 40 min avro cərimələdi

“Neftçi” PFK UEFA tərəfindən 40 min avro dəyərində cərimələnib.

Demokrat.azxəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının III təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Xatırladaq ki, avqustun 15-i “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan komandamız Avropa Liqasında mübarizəni dayandırmışdı. (BAKU.WS)

D
demokrat.az