Dünya Özəl

Hər şeyi nişanlısına verən milyonçu müflis oldu — Yaşamağa evi yoxdur (FOTOLAR)

Hər şeyi nişanlısına verən milyonçu müflis oldu — Yaşamağa evi yoxdur (FOTOLAR)

Böyük Britaniyada iri mülk sahibi Peter Andreeviç 20 ildən çox əvvəl bütün əmlakını nişanlısı Maqali Montreuilin adına köçürdüyü üçün müflis olub. Məhkəmə onun əmlakı ilə bağlı qərara baxmaqdan imtina edib.

Demokrat.az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Nəşrin yazdığına görə, Andreeviç bütün əmlakı nişanlısına ötürüb. Buna səbəb isə sərvətinin əsl miqyasını gizlətməyə və maliyyə risklərini azaltmağa çalışmaq olub.

Andreeviç və Montreuil daha sonra evləniblər, lakin 2017-ci ildə boşanıblar. İş adamı əmlakını geri tələb etməyə başlayanda keçmiş həyat yoldaşı onu qaytarmaqdan imtina edib. Milyonçunun sözlərinə görə, nəticədə o, hər şeyini itirib və indi yetkin oğlunun evində yaşamağa məcbur qalıb.

Onun məhkəmədə ədalətə nail olmaq cəhdləri uğursuzluqla nəticələnib. Ən pis vəziyyət Montreuil tərəfindən verilən əks iddia olub. Ondan sonra Andreeviçə məhkəməyə hörmətsizlik etdiyi üçün şərti cəza verilib.

Hər şeyi nişanlısına verən milyonçu müflis oldu — Yaşamağa evi yoxdur (FOTOLAR)
Hər şeyi nişanlısına verən milyonçu müflis oldu — Yaşamağa evi yoxdur (FOTOLAR)

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova