İdman

Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi

Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi

UEFA Millətlər Liqasının III tur oyunlarına yekun vurulub.

Demokrat.azxəbər verir ki, son oyun günündə Polşa və Portuqaliya milliləri üz-üzə gəliblər.

Varşavadakı Milli Stadionda baş tutan qarşılaşmada qonaqlar qalib gəliblər - 1:3. Prineylilərin ikinci qolunu Kriştianu Ronaldu vurub.

Digər oyunlarda Xorvatiya doğma meydanda Şotlandiyanı minimal fərqlə məğlub edib - 2:1.

Bolqarıstan - Lüksemburq və Belarus - Şimali İrlandiya matçlarında hesab açılmayıb - 0:0.

Kosovo səfərdə Litvadan üstün olub - 1:2.

Rumıniya səfərdə Kiprin qapısından üç cavabsız top keçirib - 0:3.

Serbiya inamlı qələbəsilə İsveçrəni əliboş yola salıb - 2:0.

İspaniya cəmi bir qol vuraraq Danimarkadan üç xal qazanıb - 1:0.

D
demokrat.az