Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Demokrat.azxəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında, saat 17:45-də "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək.
Ardınca isə "Sumqayıt" doğma meydanda turnir cədvəlinin lideri "Qarabağ"la üz-üzə gələcək.
Bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası IX tur 6 oktyabr
17:45. “Turan Tovuz” – “Zirə” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov. VAR: İnqilab Məmmədov. AVAR: Namik Hüseynov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Tovuz şəhər stadionu.
20:00. “Sumqayıt” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev. VAR: Tural Qurbanov. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Azər Əsgərov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1. (Report)


