İdman

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkü atıldı — YENİLƏNDİ

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkü atıldı — YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkü atılıb.

Demokrat.az xəbər verir ki, turnirdə ilk olaraq II Liqa təmsilçiləri mübarizəyə başlayacaqlar.

I təsnifat mərhələsi

"Şahdağ" - "Kür Araz" "Şəki" - "Şəmkir" "Dinamo" - "Füzuli"

II təsnifat mərhələsi

"Mingəçevir" - "Zaqatala" "Qaradağ Lökbatan" - "Karvan" "Qəbələ" - "Baku Sportinq" "Şahdağ" - "Kür Araz" cütünün qalibi - "Araz-Naxçıvan" "Şəki" - "Şəmkir" cütünün qalibi - "Şamaxı" "Dinamo" - "Füzuli" cütünün qalibi - "Səbail"

Qeyd edək ki, I təsnifat mərhələsi 12-13 oktyabr, II təsnifat mərhələsi 29-30 oktyabr, 1/8 final 3-4 dekabr, 1/4 final 5-6 fevral və 27-28 fevral, yarımfinal 2 aprel və 23 aprel, final isə 1 iyunda gerçəkləşəcək.

***15:19 Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq.

Demokrat.az xəbər verir ki, Azərbaycan Premyer Liqası və I Liqanın hərəsindən 10, II Liqanın isə 14 komandası qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2025-ci il iyunun 1-də keçiriləcək.

NE
Nihadə Eyyubova