Dünya

"Barış pınarı" əməliyyatında 653 terrorçu zərərsizləşdirilib

Barış pınarı əməliyyatında 653 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun "Barış pınarı" əməliyyatı çərçivəsində neytrallaşdırdığı PKK/YPG terrorçularının sayı 653 nəfərə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yatıb.

Türkiyə oktyabrın 9-da Suriyanın Fərat çayından şərqdəki ərazilərində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

"Barış pınarı" adını almış əməliyyatın hədəfi Türkiyə sərhədlərində terror təhlükəsini aradan qaldırmaq, milyonlarla Suriya qaçqınının qayıdacağı təhlükəsizlik zonasının yaradılmasına nail olmaqdır.

D
demokrat.az