Sabah "Fənərbağça" Avropa Liqasının ilk turunda Belçikanın "Union Saint-Gilloise" klubunu qonaq edəcək. İstanbul klubu bu görüşdü Avropa Liqasındakı 137-ci matçına çıxacaq.
Demokrat.az xəbər verir ki, Türkiyə mediası "Fənərbağça"nın mümkün start heyətini açıqlayıb.
Medianın məlumatına görə, baş məşqçi Joze Mourinyonun meydana aşağıdakı 11-liyi buraxacağı gözlənilir:
Dominik Livakovi, Bricit Osayi-Samuel, Çağlar Söyüncü, Aleksandr Ciku, Ceyden Oostervolde, Sofian Amrabat, Fred, İrfan Can Kahveci, Duşan Tadiç, Edin Ceko, Yusuf En-Nəsiri.
Qeyd edək ki, "Fənərbağça" - "Union Saint-Gilloise" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20.45-də başlayacaq. Matçı Fransadan olan FIFA referisi Benoit Bastien idarə edəcək. Ona həmyerliəri - Hiçam Zakrani, Aurelien Berthomieu və Metyi Vernis yardımçı olacaq.
Jalə Demokrat.az


