İdman

"Kəpəz"in futbolçusunun son durumu bilindi

Kəpəzin futbolçusunun son durumu bilindi

Misli Premyer Liqasının 7-ci turunda "Şamaxı" (0:2) ilə keçirilən matçda zədələnən "Kəpəz"in futbolçusu Elmir Tağıyevin son durumu müəyyənləşib.

Demokrat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, MRT müayinəsindən sonra yarımmüdafiəçinin qasıq nahiyyəsində əzələ yırtığı aşkarlanıb.

Futbolçuya 3 həftəlik müalicə prosesi təyin olunub.

NE
Nihadə Eyyubova