Region

İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb

İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Demokrat.az bildirir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.

NE
Nihadə Eyyubova