İdman

"Liverpul" qələbə qazanaraq liderliyə yüksəldi

Liverpul qələbə qazanaraq liderliyə yüksəldi

İngiltərə Premyer Liqasında beşinci turun oyunları keçirilir.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, "Liverpul" doğma meydanda "Bornmut"u qəbul edib.

Mersisaydlılar qonaqlara fərqlənmək şansı verməyiblər. Diaz iki dəqiqəyə iki qol vurub. Nunyez isə yekun hesabı müəyyənləşdirib - 3:0.

Bu nəticədən sonra "Liverpul" 12 xalla çempionata başçılıq edir. Onun rəqibi isə 5 xalla 13-cüdür.

NE
Nihadə Eyyubova