İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Məlumata görə, komanda 49 yaşlı İvan Yuriçə tapşırılıb. Onunla 1 illik müqavilə imzalanıb. Romalıların UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə mütəxəssislə sözləşmənin müddətinin uzadılacağı bildirilib.
Qeyd edək ki, Xorvatiyalı məşqçi bu postda Daniele De Rossini əvəzləyib.
Mehriban Mirzəzadə Demokrat.az


