Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Demokrat.azxəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq.
“Turan Tovuz” səfərdə “Sabah”la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr 18:00. “Zirə” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
20:30. “Sabah” – “Turan Tovuz” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev. Bank Respublika Arena.
Qeyd edək ki, Turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.


