İdman

Azərbaycan akrobatları Portuqaliya finalında

Azərbaycan akrobatları Portuqaliya finalında

Portuqaliyanın Gimaraes şəhərində Dünya yaş qrupu üzrə akrobatika yarışı davam edir.

Demokrat.az xəbər verir ki, 12-18 yaşlı idmançılar arasında keçirilən yarışda Azərbaycanın qadınlardan ibarət qrupu finala yüksəlib.

Diana Məmmədova, Səfiyə Babayeva və Firuzə Qasımzadə üçlüyü kvalifikasiyaları uğurla başa vuraraq mübarizəni davam etdirir.

NE
Nihadə Eyyubova