İdman

“Qalatasaray”dan 6 milyonluq transfer — RƏSMİ

“Qalatasaray”dan 6 milyonluq transfer — RƏSMİ

Türkiyənin “Qalatasaray” komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Bu transfer üçün İstanbul nəhənginin kassasından 6 milyon avro çıxıb. Macarıstanlı futbolçu “sarı-qırmızılılar”ın heyətində illik 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın “Frayburq” klubunda çıxış edib.

NE
Nihadə Eyyubova