AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək. Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi 2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat 3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı 4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr 5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi 6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi 7. Qadın Liqaların 2024/2025 mövsümü üçün təkliflərin müzakirəsi 8. Digər məsələlər


