İdman

Bayraqdarlar Səidlə Lamiyə oldu

Bayraqdarlar Səidlə Lamiyə oldu

Bu axşam Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasimdə Azərbaycan millisinin bayraqdarları Paralimpiya çempionlarımız – Səid Nəcəfzadə və Lamiyə Vəliyeva olacaq. Bağlanış mərasimi İTV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, oyunların rəsmi açılış mərasimində Lamiyə Vəliyeva və İmaməddin Xəlilov idi.

D
demokrat.az