İdman

Millimiz bu gün növbəti görüşünü keçirəcək

Millimiz bu gün növbəti görüşünü keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Demokrat.azxəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası C Liqası, I qrup II tur 8 sentyabr 20:00. Slovakiya - Azərbaycan Baş hakim: Damian Silvestrjak (Polşa). Koşitse, “Koşitse Futbol Arenası”

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub. (Report)

D
demokrat.az