İdman

“Sabah”ın avrokuboklardakı rəqibi bəlli oldu

“Sabah”ın avrokuboklardakı rəqibi bəlli oldu

Ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” klubunun rəqibi bəlli olub.

Demokrat.az xəbər verir ki, paytaxt təmsilçisi mübarizəyə ikinci mərhələdən başlayacaq.

“Sabah” İsveçrə təmsilçisi “Bazel” ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 23-də səfərdə, cavab qarşılaşması isə noyabrın 6-da Bakıda keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Braqa” (Portuqaliya) - “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

NE
Nihadə Eyyubova