İdman

"Qalatasaray"dan "transfer bombası" — Yaxın saatlarda rəsmi açıqlama olacaq

Qalatasaraydan transfer bombası — Yaxın saatlarda rəsmi açıqlama olacaq

BeIN Sports-un məşhur türkiyəli müxbiri Nezih Akşener maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WSTürkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalist "Qalatasaray" klubunun "Napoli"nin nigeriyalı ulduzu Viktor Osimhenlə 1 illik razılığa gəldiyini açıqlayıb.

Jurnalist bildirib ki, Osimhen icarə əsasında İstanbul təmsilçisində forma geyinəcək. Onun maaşının "Qalatasaray" tərəfindən ödənəcəyi bildirilir. Futbolçunun illik məvacinin 10 milyon avro olduğu deyilir.

NE
Nihadə Eyyubova