İdman

Dünya çempionatı: İlk gün 5 güləşçimiz mübarizə aparacaq

Dünya çempionatı: İlk gün 5 güləşçimiz mübarizə aparacaq

Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürəcək.

Demokrat.azxəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

5 pəhləvanımız xalça üzərinə çıxacaq.

U-20 dünya çempionatı Yunan-Roma güləş

5️5 kq Təsnifat mərhələsi Rahim Həsənov ilk görüşdə çexiyalı Filip Bartoşiki sınağa çəkəcək.

6️3 kq Təsnifat mərhələsi Məhəmməd Şükürzadə ilk olaraq serbiyalı Hristo Valentinovdan üstün olmağa çalışacaq.

77 kq Təsnifat mərhələsi Təsnifat mərhələsində mübarizəyə başlayacaq Davud Məmmədov moldovalı Aleksandru Soloveu ilə üz-üzə gələcək.

87 kq 1/8 final Serbiyalı Andriya Mihayloviçlə braziliyalı Kauan Luiz cütünün qalibi 1/8 finalda Cocu Səmədova rəqib olacaq.

130 kq 1/8 final Məzaim Mərdənov ilk olaraq Serbiyanı təmsil edən Marko Supiçlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq. (İdman.biz)

NE
Nihadə Eyyubova