İdman

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının vaxtı AÇIQLANDI

Qarabağın Avropa Liqasındakı oyunlarının vaxtı AÇIQLANDI

"Qarabağ"ın Avropa Liqasının yeni formatda keçiriləcək liqa mərhələsindəki oyunlarının keçiriləcəyi tarix açıqlanıb.

Demokrat.azxəbər verir ki, "Qarabağ" ilk oyununu sentyabrın 26-da İngiltərənin "Tottenhem" komandasına qarşı oynayacaq. Liqa mərhələsində keçiriləcək oyunların təqvimini təqdim edirik:

2024-cü il

I tur: 26 sentyabr 23:00 "Tottenhem" - Qarabağ"

II tur: 3 oktyabr 20:45. "Qarabağ" - "Malmö"

III tur 24 oktyabr 20:45. "Qarabağ" - "Ayaks"

IV tur 7 noyabr 20:45. "Bodo Qlimt" - "Qarabağ"

V tur 28 noyabr 20:45. "Qarabağ" - "Lion"

VI tur 12 dekabr 23:00 "Elfsburq" - "Qarabağ"

2025-ci il

VII tur 23 yanvar 20:45. "Qarabağ" - FKSB

VIII tur 30 yanvar 23:00 "Olimpiakos" - "Qarabağ"

Qeyd edək ki, səkkiz turdan sonra ilk səkkiz yeri tutan komanda 1/8 finala yüksələcək, 9-24-cü yerlərin sahibləri pley-offda çıxış edəcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

D
demokrat.az