İdman

Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edən cüdoçumuz Mehdi Abbasov bürünc medal qazanıb.

Demokrat.az xəbər verir ki, -81 kq çəkidə mübarizə aparan idmançımız bürünc uğrundakı döyüşünü qələbə ilə başa vurub.

Qeyd edək ki, M.Abbasov “Qəbələ” klubunun üzvüdür.

49 ölkədən 405 idmançının qatıldığı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.

NE
Nihadə Eyyubova