İdman

Cüdoçumuz dünya çempionu olub

Cüdoçumuz dünya çempionu olub

Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçusu Cəsur İbadlı qızıl medal qazanıb.

Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Cəsur İbadlı (-73 kq.) finalda rəqibi Timur Davidovu məğlub edib.

Qeyd edək ki, turnir avqustun 28-dən 31-nə qədər keçirilir.

NE
Nihadə Eyyubova