Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.
Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimində "Qarabağ"ın rəqibləri müəyyənləşəcək.
Liqa mərhələsində 36 komanda iştirak edəcək və hər bir komanda 8 oyun keçirəcək.
Püşkatma ərəfəsində komandalar reytinqə əsasən 4 səbətə bölünüblər. Ağdam təmsilçisi "Qarabağ" 3-cü səbətdə yer alıb. Hər komanda öz səbətindən iki rəqiblə – birini evdə, digərini səfərdə – qarşılaşacaq.
8 turun nəticəsinə görə, ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək, 9-24-cü yerləri tutan komandalar isə pley-off mərhələsinə çıxacaq. Digər 12 komanda isə turnirlə vidalaşacaq.
Liqa mərhələsinin oyun günləri də artıq müəyyənləşib. İlk altı tur bu il, son iki tur isə gələn il keçiriləcək.
2024-cü il I tur: 25-26 sentyabr II tur: 3 oktyabr III tur: 24 oktyabr IV tur: 7 noyabr V tur: 28 noyabr VI tur: 12 dekabr
2025-ci il VII tur: 23 yanvar VIII tur: 30 yanvar


