"Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.
Demokrat.azxəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Cənubi Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.
Konfrans Liqası Pley-off mərhələsi Cavab oyunu
29 avqust 20.00 Zirə (Azərbaycan) - Omoniya (Cənubi Kipr) Baş hakim: Vitaliys Spasyonnikovs. Bakı, "Liv Bona Dea Arena".


