İdman

"Qarabağ" "Dinamo Zaqreb"ə qarşı

Qarabağ Dinamo Zaqrebə qarşı

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçiriləcək. Təmsilçimiz "Qarabağ" doğma meydanda "Dinamo Zaqreb"i qəbul edəcək.

Demokrat.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Böyük maraqla gözlənilən qarşılaşmanı Maykl Oliverin başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" "Dinamo Zaqreb"lə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

28 avqust UEFA Çempionlar Liqası Pley-off mərhələsi "Qarabağ" - "Dinamo Zaqreb" Saat 20:45, Tofiq Bəhramov adına Respublika stadionu

D
demokrat.az