İdman

"Turan Tovuz" "Qarabağ"a qalib gəldi

Turan Tovuz Qarabağa qalib gəldi

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Demokrat.az xəbər verir ki, günün ilk matçı “Qarabağ”la “Turan Tovuz” arasında baş tutub.

Qurban Qurbanovun komandası görüşdə ilk məğlubiyyətini alıb - 0:1.

Xatırladaq ki, turun ilk oyunu ötən gün “Səbail”lə “Kəpəz” arasında baş tutub və “dənizçilər”in 4:0 hesablı qələbəsiylə yekunlaşıb. “Sabah” – “Sumqayıt” və “Zirə” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

4-cü tur 24 avqust “Qarabağ” – “Turan Tovuz” - 0:1

Qol: Oto Con, 18-pen. Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov. “Azərsun Arena”, 18:15.

D
demokrat.az