İdman Özəl

Türk klubları gələn həftə 1,1 milyard pul qazana bilər

Türk klubları gələn həftə 1,1 milyard pul qazana bilər

Türkiyənin gələn həftə avrokubokların pley-off mərhələsində cavab oyunlarına çıxacaqlar.

Demokrat.az xəbər verir ki, "Qalatasaray" Çempionlar Liqası, "Beşiktaş" Avropa Liqası, "Trabzonspor" və "Başakşəhər" isə Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Komandalar uğur qazanmaqla yanaşı, ciddi gəlir əldə etmək niyyətindədir.

"Qalatasaray" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa büdcəsinə 18 milyon 620 min avro daxil olacaq. "Beşiktaş"ın Avropa Liqasında əsas mərhələyə düşməsi 4 milyon 310 min avro qazanc deməkdir. "Trabzonspor" və "Başakşəhər" isə Konfrans Liqasında uğur qazansa, 3 milyon 170 min avro əldə edəcək. Yəni 4 klub cəmi 29 milyon 270 min avro (təxminən 1 milyard 108 milyon lirə) qazana bilər.

Qruplarda qazanılan uğurlar əlavə pul da gətirəcək. Çempionlar Liqasında qalibiyyət üçün 2,1 milyon avro veriləcəyi halda, heç-heçə 700 min avro qazandıracaq. Avropa Liqasında qələbəyə görə mükafat 450 min, bərabərliyə görə 150 ​​min avrodur. Konfrans Liqasında isə qələbəyə 400 min, heç-heçəyə 133 min avro verilir. Bunlara əmsal və bazar gəlirləri də əlavə olunacaq.

Qeyd edək ki, "Qalatasaray" ilk oyuunda səfərdə "Yanq Boyz"a (İsveçrə) uduzub (2:3). "Beşiktaş" "Luqano" (İsveçrə) ilə 3:3, "Trabzonspor" "Sent Qallen" (İSveçrə) "Başakşəhər" isə "Sent Patriks" (İrlandiya) ilə 0:0 hesablı heç-heçə edib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova