Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Demokrat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Səbail” doğma meydanda özü kimi qələbəyə həsrət olan “Kəpəz”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 4 cavabsız qola seviniblər.
Turun qalan görüşləri şənbə və bazar günlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası 4-cü tur 23 avqust
“Səbail” – “Kəpəz” 4:0 Qollar: Fərid Nəbiyev, 12. Gitay Sofir, 34. Ayman Buali, 49. Süleyman Alluş, 54. Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov “ASCO Arena”, 19:00.


