Hadisə

Bakıda usta 6-cı mərtəbədən yıxılıb öldü

Bakıda usta 6-cı mərtəbədən yıxılıb öldü

Bakıda kişi yıxılaraq ölüb.

Demokrat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

Burada binalardan birində usta işləyən 42 yaşlı Babək Kərəm oğlu Məmmədov işlədiyi binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova