İngiltərənin Premyer Liqa komandası "Brayton" türk futbolçu Fərdi Kadıoğlunu heyətinə qatır.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq futbolçunun məxsus olduğu "Fənərbağça" və İngiltərə klubu bütün məsələləri razılaşdırıb.
Türkiyə millisinin üzvü ilə müqavilə şərtləri və maaş da daxil olmaqla hər məsələdə anlaşan "Brayton" onunla 5 illik müqavilə imzalayacaq. İngiltərə klubunun heyətində Premyer Liqada oynamaq istəyən Fərdi Kadıoğlu üçün "Fənərbağça"ya 35 milyon avro ödəniləcək.
Qeyd edək ki, Fərdi Kadıoğlu 2018-ci ildə Niderlandın "Nijmegen" klubundan "Fənərbağça"ya 1,4 milyon avroya transer olunub. 24 yaşlı sol cinah müdafiəçisi ötə mövsüm oynadığı 51 maçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, cari mövsümdə də 5 oyuna çıxaraq bir dəfə fərqlənib.
Fərdi Kadıoğlu 2022-ci ildən çağırıldığı Türkiyə millisində 20 oyun keçirərək, bir qola imza atıb. O, əvvəllər Niderlandı aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.
Jalə Demokrat.az


