İdman Özəl

"Qalatasaray" Çempionlar Liqasında ilk oyuna çıxır

Qalatasaray Çempionlar Liqasında ilk oyuna çıxır

Bu gün UEFA Çempionlar Liqasının ilk oyunları çərçivəsində "Yanq Boyz" "Qalatasaray"ı qəbul edəcək.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,Berndəki "Vankdorf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qarşılaşma TRT 1 və "Tabi" platformalarında yayımlanacaq.

Qeyd edək ki, ötən mövsüm 102 xal toplayaraq Super Liqada rekord qıran "sarı-qırmızılı" komanda ardıcıl 2, ümumilikdə isə 24 dəfə çempionluğunu qazanıb. “Qalatasaray” ölkə xallarına görə çempion olsa da, UEFA Çempionlar Liqasına pley-off mərhələsindən başlayıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova